Bank Of Baku

ABŞ yükləri Əfqanıstana Klaypeda limanından keçərək göndəriləcəklər

ABŞ yükləri Əfqanıstana Klaypeda limanından keçərək göndəriləcəklər
# 18 noyabr 2010 22:18 (UTC +04:00)
Bakı-APA. ABŞ hökuməti Əfqanıstandakı beynəlxalq missiya üçün yükləri Litvanın Klaypeda limanından keçirərək çatdıracaq. APA-nın məlumatına görə, bu barədə Litva prezidentinin mətbuat xidmətindən bildiriblər.

«Bu Litva və ABŞ arasında dialoqun möhkəmlənməsinin daha bir göstəricisidir. ABŞ yüklərinin tranziti ölkəmiz üçün iqtisadi gəlir deməkdir. Bu sahədə əməkdaşlıq Litvanın beynəlxalq təhlükəsizliyə töhfəsini artıracaq», deyə Litva prezidenti Dalya Qribauskayte bildirib.

Əfqanıstana göndərilən ilk ABŞ yüklərinin dekabrda Klaypedaya gəlməsi gözlənilir.

Hazırda Almaniya və Böyük Britaniya Klaypeda limanı vasitəsilə yüklərini Əfqanıstana göndərirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR