Bank Of Baku

Ukraynanın keçmiş iqtisadiyyat naziri Çexiyadan siyasi sığınacaq istəyib

Ukraynanın keçmiş iqtisadiyyat naziri Çexiyadan siyasi sığınacaq istəyib
# 19 noyabr 2010 04:17 (UTC +04:00)
Bakı-APA. Ukraynanın keçmiş iqtisadiyyat naziri Boqdan Danilişin Çexiyada siyasi sığınacaq almaq üçün müraciət edib. Bu barədə Kyiv Post qəzeti məlumat yayıb.

Ukrayna Baş prokurorluğu hələlik bu məlumatı təsdiq etməyib.

Yuliya Timoşenkonun hökumətində işləmiş Danilişin dövlətə 1,75 milyon dollar həcmində ziyan vurulması barədə cinayət işində ifadə verməyə gəlmədiyi üçün barəsində axtarış elan olunub. O Çexiyada saxlanıldıqdan sonra Ukrayna Baş prokurorluğu keçmiş nazirin ekstradisiyası üçün sorğu göndərib. Yuliya Timoşenko Çexiya hakimiyyətindən Danilişinə siyasi sığınacaq verilməsini xahiş edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR