Bank Of Baku

Rumıniya prezidenti: Dnestryanıdakı rus əsgərlərini avropalı sülhməramlılar əvəz etməlidirlər

Rumıniya prezidenti: Dnestryanıdakı rus əsgərlərini avropalı sülhməramlılar əvəz etməlidirlər
# 20 noyabr 2010 03:21 (UTC +04:00)
Bakı-APA. Rumıniya prezidenti Trayan Besesku Moldovanın Dnestryanı bölgəsindəki Rusiya əsgərlərinin Avropa Birliyinin sülhməramlıları ilə əvəz olunmasının vacibliyini bildirib.

«Bu Dnestrdə yeni müharibənin qarşını alar», deyə Besesku Rumıniyanın TVR1 kanalına müsahibəsində vurğulayıb. Besesku Rumıniyanın Dnestryanıdakı sülhyaratma missiyasında iştirak etməyəcəyini bəyan edib.

«Mən rumın qoşunlarının Dnestryanıda yerləşdirilməsinin əleyhinəyəm. Onların sülhyaratma missiyasında iştirakı arzuolunmaz olardı. Söhbət bu bölgədəki Rusiya hərbçilərinin Avropa Birliyi sülhməramlıları ilə əvəz olunmasından gedir», deyə Besesku izah edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR