Bank Of Baku

NATO-nun sammitində Əfqanıstanla bağlı uzunmüddətli tərəfdaşlıq haqqında birgə bəyanat imzalanıb - YENİLƏNİB - FOTO

 NATO-nun sammitində Əfqanıstanla bağlı uzunmüddətli tərəfdaşlıq haqqında birgə bəyanat imzalanıb - <font color=red> YENİLƏNİB - FOTO </font>
# 20 noyabr 2010 16:13 (UTC +04:00)
APA-nın məlumatına görə, toplantıdan sonra NATO-nun baş katibi Anders Foq Rasmussen və Əfqanıstan prezidenti Həmid Kərzai BMT-nin baş katibi Ban Gi Munun iştirakı ilə KİV nümayəndələrinin qarşısında uzunmüddətli tərəfdaşlıq haqqında birgə bəyanat imzalayıblar.

İmzalanan bu bəyanata əsasən, NATO qüvvələri Əfqanıstandan çıxdıqdan sonra belə Əfqanıstan NATO-nun terrorizmlə mübarizə məsələsində qurumun uzunmüddətli tərəfdaşı olaraq qalacaq. NATO bu ölkədə hərbi missiyasını bitirdikdən və 2014-cü ilə qədər NATO hərbi birləşmələri Əfqanıstanı tərk etdikdən sonra, alyans burada xüsusi təlimçi məsləhətçilərini saxlamaq niyyətindədir.

NATO-nun baş katibi A.F.Rasmussen bu gün Əfqanıstan prezidenti Həmid Kərzai ilə keçirdiyi birgə mətbuat konfransında bu detalları təsdiqləyib və NATO qüvvələrinin Əfqanıstanı tərk edəcəyi təqdirdə belə Şimali Atlantik Alyans bu ölkə ilə terrorizmlə mübarizə sahəsində əməkdaşlığını davam etdirəcəyini bildirib. O, NATO silahlı qüvvələrinin yaxın zamanlarda Əfqanıstanı tərk edəcəyi barədə xəbərə talibləri sevinməməyə çağırıb: “Biz işlərimizi tam bitirməyənə qədər Əfqanıstanı tərk etməyəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR