Bank Of Baku

Lissabon sammitində Rusiya-NATO münasibətləri müzakirə olunub

Lissabon sammitində Rusiya-NATO münasibətləri müzakirə olunub
# 20 noyabr 2010 17:26 (UTC +04:00)
Lissabon. Fuad Qulubəyli-APA. Bu gün NATO zirvəsinin günün ikinci yarısında keçirilən toplantısında dünya liderləri Rusiya-NATO münasibətlərini müzakirə ediblər. APA-nın Lissabona ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Rusiya prezidenti Dmitri Medvedevin də iştirak etdiyi bu müzakirələrdə əsasən mümkün terrorist hədələrdən və ballistik raketlərdən qorunmaq məqsədilə Şərqi Avropa ölkələrində raketlərdən müdafiə qurğularının yerləşdirilməsi məsələsidir. NATO baş katibi bu məsələ ilə bağlı ciddi müzakirələrin olacağına baxmayaraq, NATO-nun bu ilki Lissabon zirvə toplantısında NATO ölkələri liderləri ilə Rusiya arasında raketlərdən müdafiə məsələsinin ilk dəfə müzakirə olunduğunu bildirdi. “Bütün ölkələr ballistik raketlərin hücumuna məruz qala bilər və məhz buna görə gərək biz bu sahədə öz səylərimizi birləşdirək və qarşılıqlı surətdə raketlərdən müdafiə sahəsində əməkdaşlığımızı müəyyən etməliyik”.

Bundan başqa, dünən Alyansın qəbul etdiyi Yeni strateji konsepsiyasında da Rusiya ilə münasibətlərə dair xüsusi müddəalar mövcuddur. Burada Rusiya ilə əməkdaşlığın strateji rolu ifadə olunaraq, NATO ilk dəfə olaraq Rusiya üçün artıq hədə olmadığını da qeyd edib. NATO-nun bu konsepsiyasını soyuq müharibənin sonu kimi adlandıranlar da var.

Bununla belə, Alyansın bu sənədində Rusiya ilə bir neçə məsələlərdə fikir ayrılığı da mövcud olduğu qeyd olunur. Lakin bu problemlərə baxmayaraq, konstruktiv əməkdaşlığın vacibliyi xüsusi olaraq vurğulanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR