Bank Of Baku

NATO və Rusiya raketlərdən müdafiə sistemləri sahəsində əməkdaşlıq etməyə qərar veriblər

NATO və Rusiya raketlərdən müdafiə sistemləri sahəsində əməkdaşlıq etməyə qərar veriblər
# 20 noyabr 2010 19:17 (UTC +04:00)
Lissabon. Fuad Qulubəyli-APA. NATO və Rusiya raketlərdən müdafiə sistemləri sahəsində əməkdaşlıq etməyə qərar veriblər. APA-nın Lissabona ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bunu bu gün Lissabonda NATO Lissabon zirvə toplantısında NATO-Rusiya müzakirələrindən sonra ABŞ prezidenti Barak Obama jurnalistlər qarşısında keçirdiyi mətbuat konfransında deyib. Barak Obama Rusiyanı rəqib yox, tərəfdaş hesab etdiyini bildirib.

“Biz Əfqanıstanda təhlükəsizliyin təmin olunması istiqamətində terrorizm və narkotik qaçaqmalçılığı ilə mübarizə kimi təhlükəsizlik sahəsində bir çox mühüm sahələrdəki əməkdaşlığımızı dərinləşdirməyə qərar verdik. Ən başlıcası isə odur ki, biz raketlərdən müdafiə sistemi sahəsində də əməkdaşlıq etməyə qərar verdik. Bu da keçmişdə aramızda mövcud olan gərginliyi 21-ci əsrdə qarşımıza çıxan ümumi təhlükələrə qarşı mübarizə sahəsində əməkdaşlığa çevirmiş olur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR