Bank Of Baku

Lissabonda Aİ-ABŞ sammiti keçirilir

Lissabonda Aİ-ABŞ sammiti keçirilir
# 20 noyabr 2010 21:12 (UTC +04:00)
Bakı-APA. Lissabonda Avropa İttifaqı – ABŞ sammiti öz işinə başlayıb.

Görüş iştirakçılarının Aİ və ABŞ arasında strateji tərəfdaşlıq kursunun dərinləşdirilməsi kursunu təsdiq edəcəkləri gözlənilir.

Avropa İttifaqını görüşdə Aİ prezidenti Herman Van Rompey, Avrokomissiyanın sədri Joze Manuel Barrozu, İttifaqın xarici işlər və qonşuluq siyasəti üzrə Ali nümayəndəsi Ketrin Gşton, ABŞ-ı isə prezident Barak Obama və dövlət katibi Hillari Klinton təmsil edirlər.

Sammitdə İranın nüvə dosyesi və Yaxın Şərq nizamlanmasının müzakirəsi də planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR