Bank Of Baku

Devid Kemeron: «Britaniya 2015-ci ilədək qoşunlarını Əfqanıstandan çıxaracaq»

Devid Kemeron: «Britaniya 2015-ci ilədək qoşunlarını Əfqanıstandan çıxaracaq»
# 21 noyabr 2010 02:20 (UTC +04:00)
Bakı-APA. Böyük Britaniya istənilən halda 2015-ci ilədək öz qoşunlarını Əfqanıstandan çıxaracaq. Böyük Britaniyanın baş naziri Devid Kemeron bu barədə bəyan edib.

«Bu bizim hərbi missiyanın başa çatdığı tarixdir. Britaniya xalqının müharibənin nə vaxt sona yetəcəyini bilmək və onun əbədi davam etməyəcəyindən əmin olmaq hüququ var. Biz Əfqanıstanda 10 minlik qoşun cəmləşdirmişik və 9 ildir ki, ordayıq. Təkcə bu il ərzində döyüşçülərimiz arasında qurbanların sayı yüzə çatıb. Məhz buna görə Britaniya xalqı bizim oradakı iştirakımızın müddəti barədə qeyri-müəyyənlikdə qalmamalıdır», - deyə o qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR