Bank Of Baku

Macarıstan kommunizm dövrünün simvollarını hərraca çıxarır

Macarıstan kommunizm dövrünün simvollarını hərraca çıxarır
# 22 noyabr 2010 16:49 (UTC +04:00)
Bakı - APA. Macarıstan hökuməti kommunizm dövrünün simvollarını hərraca çıxarmaq qərarına gəldiyini bəyan edib.

APA-nın AFP-yə istinadən məlumatına görə, dekabrın 6-da keçiriləcək hərracdan əldə edilən gəlir bu yaxınlarda kimyəvi zavodda baş verən qəzadan zərər çəkənlərə veriləcək.

Macarıstan Ədliyyə Nazirliyi Leninin və digər kommunizm rəhbərlərinin portret və büstlərinin satışından bir neçə min avro gəlir əldə olunacağını proqnozlaşdırır. Bu simvolların hamısı hazırda müxtəlif nazirliklərin çardaq və zirzəmilərində saxlanılır.

Qeyd edək ki, oktyabrın 4-də Budapeştdən 160 km qərbdə yerləşən Ajka Timfoldgyar adlı qlinozema istehsalı zavodunda qəza baş verib. Nəticədə 10 nəfər həlak olub, yüzlərlə insan evsiz qalıb. Qəzanın vurduğu zərərin həcmi 203 mln. avro civarında qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR