Bank Of Baku

PKK lideri Abdulla Öcalan Diyarbəkirin bələdiyyə başqanını hədələyib

PKK lideri Abdulla Öcalan Diyarbəkirin bələdiyyə başqanını hədələyib
# 23 noyabr 2010 09:37 (UTC +04:00)
Bakı – APA. PKK terror təşkilatının lideri, Bursa şəhəri yaxınlığındakı İmralı adasında ömürlük həbsdə saxlanılan Abdulla Öcalan Diyarbəkir şəhərinin bələdiyyə başqanı Osman Baydəmiri çox sərt tənqid edib və hədələyib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, A. Öcalanın “artıq silahlı mübarizənin vaxtı keçib” deyən O. Baydəmirə öz vəkilləri vasitəsilə göndərdiyi mesaj PKK-ya yaxın “Fırat” xəbər agentliyinin saytında yayınlanıb.

A. Öcalan vəkillərinə aşağıdakıları söyləyib: “Bəzən elə şeylər baş verir ki, şaşırıram. Osman çıxır, ona dəxli olmayan bir mövzuda danışır. Dəli oluram, söyləyəcək söz tapmıram. Bunlar axmaqdır? Durub “silahlı mübarizənin dövrü keçib” deyirsən. Silahlı güclərimiz olmasa sən o kresloda iki ay otura bilərsənmi? AKP sənə imkan verərmi? Nə haqla belə çıxışlar edirsən? Sən Kürdüstanın ən böyük şəhəri Diyarbəkirin bələdiyyə başqanısan, ancaq kürdlərlə zərrə qədər maraqlanmırsan. Mənim ağlıma bu gəlir: Bu adam ya başqa yerlərə işləyir, hansısa qüvvənin adamıdır və saxta liderlik rolunu oynayır, yaxud da media qarşısında şou göstərən şoumendir. Siz nə deyirsiniz? (Vəkillər “bizcə ikinci variant ola bilər” cavabını verirlər – red.) Doğrudur, mən də elə düşünürəm. Amma burada bir oyun var. AKP referendumdan öncə bağırırdı ki, kürdlərin qeyri-hökumət təşkilatları cəsur olsun, ön plana çıxsın. İndi sənin addımların buna xidmət edirlər”.

A. Öcalan vəkillər vasitəsilə O. Baydəmirə 3 çıxış yolu göstərib: “Birincisi, dərhal istefa verib Diyarbəkirdə AKP-yə yaxın qeyri-hökumət təşkilatlarında çalışa bilər. İkincisi, bizə əhatəli, səmimi bir özünütənqid təqdim edib vəzifəsində qala bilər. Üçüncüsü isə gedib evində oturar, evin işinə-gücünə baxar. Bunları gedib şəxsən ona çatdırın. Çatdırmasanız, məsuliyyət sizdə olacaq. Bunlar heç bir şeydən qorxmurmu? Gənclərin qəzəbindən çəkinmirmi? Mən Diyarbəkirin gənclərini tanıyıram, onun ağzını cırarlar. Hər kəs öz işinə baxsın. Gedin ona deyin ki, Apo vicdan sahibidir, amma bu cür şarlatanlıq qarşısında əsla güzəştə getməz, belə şeylərə qarşı çox amansızdır”.

Qeyd edək ki, Türkiyənin etnik kürdlərin çoxluqda olduğu cənub-şərq vilayətlərinin bələdiyyə başqanları bilavasitə PKK lideri A. Öcalanın məsləhəti, razılığı ilə kürd partiyaları tərəfindən bu vəzifəyə namizəd göstərilir və seçilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR