Bank Of Baku

Gürcüstan Rusiyaya etiraz notası göndərib

Gürcüstan Rusiyaya etiraz notası göndərib
# 13 dekabr 2010 12:16 (UTC +04:00)
Bakı – APA. Gürcüstan hökuməti İsveçrə səfirliyi vasitəsilə Rusiyaya etiraz notası göndərib. APA-nın “Qruziya online” xəbər portalına istinadən verdiyi məlumata görə, bunu Tiflisdə keçirdiyi ənənəvi həftəlik brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze deyib. O bildirib ki, hökumət işğal olunmuş ərazilərdə gürcü əhalinin milli əlamətə görə qeydiyyata alınması və mülkiyyətdən məhrum edilməsinə, eləcə də Sxinvali bölgəsində “Smerç” raket sistemlərinin yerləşdirilməsinə etiraz edir: “Etiraz notasında bizim hiddətimizə səbəb olan bütün əməllər əksini tapıb. “Smerç” tipli silah sistemləri Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə çərçivəsində qadağan edilib. Rusiya bu müqavilədən çıxarkən biz ehtiyatlanırdıq ki, bununla onların işğal altındakı ərazilərdə əli-qolu açılacaq”.

Gürcüstan XİN Rusiyanın son addımları barədə öz tərəfdaşlarını da məlumatlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR