Bank Of Baku

Avropa İttifaqı Fələstin dövlətini tanımayıb

Avropa İttifaqı Fələstin dövlətini tanımayıb
# 14 dekabr 2010 03:37 (UTC +04:00)
Bakı-APA. Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Fələstin muxtariyyətinin birtərəfli qaydada Fələstin dövlətini 1967-ci ilə sərhədlərində tanımaq xahişini rədd edib. Bu qərar Brüsseldə keçirilmiş xüsusi müşavirədə qəbul edilib.

Müzakirələr zamanı tərəflər hələlik İsrail yəhudi məskənlərinin tikintisinə moratorium qoymaqdan imtina etdiyi üçün təəssüflənməklə kifayətlənməyi qərara alıblar. Moratorium məsələsində avropalı nazirlər ABŞ-la birgə hərəkət etməyə qərar veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR