Bank Of Baku

Romada tələbələr və polis əməkdaşları arasında baş vermiş toqquşmalarda 40 nəfər yaralanıb

Romada tələbələr və polis əməkdaşları arasında baş vermiş toqquşmalarda 40 nəfər yaralanıb
# 14 dekabr 2010 17:47 (UTC +04:00)
Bakı-APA. Romada təhsil sistemində islahatlara qarşı tələbələrin keçirdiyi etiraz aksiyası zamanı polis əməkdaşları ilə baş vermiş toqquşmalarda 40 nəfər yaralanıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Romanın mərkəzi küçələrində yol hərəkəti tamamilə dayandırılıb. Xəsarət alanların arasında 3 polis əməkdaşı var.
Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Şəhərin bütün mərkəzi küçələri və meydanlarını tüstü bürüyüb.
Jurnalistlər bildiriblər ki, nümayişçilərin arasına daxil olan ekstremistlər polislə toqquşmaları təhrik edib. Onlar barrikadalar qurub, zibil konteynerləri və bir avtomobili yandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR