Bank Of Baku

Britaniya məhkəməsi Culian Assanjı zaminə buraxıb

Britaniya məhkəməsi Culian Assanjı zaminə buraxıb
# 14 dekabr 2010 23:49 (UTC +04:00)
Bakı-APA. Britaniya məhkəməsi Wikileaks-in təsisçisi Culian Assanjın 315000 dollar müqabilində zaminə buraxılmasına qərar verib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, elektron qolbaq taxacaq Assanj məhdud azadlığa malik olacaq. Ötən həftədən London məhkəməsində saxlanılan Assanj zorlama ittihamı ilə sorğu-suala çəkilirdi. Avstraliya televiziyasının məlumatında deyilib ki, Assanj anası ilə görüşü zamanı ona qarşı irəli sürülən iddiaların doğru olmadığını və məlumat azadlığı ideallarına sadiq qaldığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR