Bank Of Baku

Macarıstanın Avropa İttifaqına sədrliyi dövründə əsas prioritetlərdən biri enerji təhlükəsizliyi məsələlərinin həlli olacaq

Macarıstanın Avropa İttifaqına sədrliyi dövründə əsas prioritetlərdən biri enerji təhlükəsizliyi məsələlərinin həlli olacaq
# 15 dekabr 2010 08:40 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Macarıstanın Avropa İttifaqına sədrliyi dövründə əsas prioritetlərdən biri enerji təhlükəsizliyi məsələlərinin həlli olacaq. APA-nın məlumatına görə, bu prioritetləri Macarıstanın inkişaf nazirinin müavini İvan Kovaç açıqlayıb. O digər prioritetlər sırasında energetika infrastrukturuna sərmayə qoyuluşunu qeyd edib. “Nabucco” və AGRİ-ni ən mühüm energetika layihələri adlandıran nazir müavini bildirib ki, Azərbaycan qazını Avropaya çatdıracaq bu layihələrin 2015-2016-cı illərdə həyata keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Macarıstan gələn ilin yanvar-iyun aylarında Avropa İttifaqına sədrlik edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR