Bank Of Baku

Wikileaks saytının banisi Culian Assanj zaminə buraxılıb

Wikileaks saytının banisi Culian Assanj zaminə buraxılıb
# 17 dekabr 2010 02:37 (UTC +04:00)
Bakı-APA. Londonda Ali Məhkəmə Wikileaks saytının banisi Culian Assanjı zaminə buraxıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Ali Məhkəmənin binasından çıxarkən çıxış edən Assanj deyib ki, fəaliyyətini davam etdirəcək və ona qarşı ittihamlarla mübarizə aparacaq.Daha sonra o deyib ki, Viktoriya zəmanəsindən qalmış zindanın təkadamlıq kamerasında tənha qaldığı müddətdə çox şeyləri yenidən götür-qoy edib və bu cür məhbəslərdə olan başqa jurnalistlərin nələr çəkdiklərini dərindən başa düşüb.
Qısa çıxışdan sonra Assanj həm hərbçi, həm də jurnalist olan bir dostunun şəhərətrafı malikanəsinə gedib.
Culian Assanj elektron “xəbərçi” – xüsusi bilərzik gəzdirməli və axşam saat ondan gec olmayaraq qaldığı yerə qayıtmalı və getdiyi yerlər barədə polisi xəbərdar etməlidir.
Xatırladaq ki, Assanj İsveç tərəfindən iki qadına qarşı seksual təcavüz ittihamlarına cavab vermək üçün istənilir.
Culian Assanj bu ittihamları rədd edib və onların siyasi motivli olduğunu bildirib.
Daha sonra jurnalistlərlə danışan Culian Assanj bəyan edib ki, o İsveçə yox, Birləşmiş Ştatlara ekstradisiya ediləcəyindən narahatlıq keçirir.
İsveçdə zamin adlı anlayış yoxdur və bu məsələ müzakirə olunmur. İsveç Prokurorluğu həbs barədə order verdikdən bəri bu barədə başqa sənəd yazmayıb. Orderə əməl edib-etməmək isə tamamilə Britaniya hakimiyyət orqanlarının işidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR