Bank Of Baku

Bəhreyn kralının qardaşı vəfat edib

Bəhreyn kralının qardaşı vəfat edib
# 18 dekabr 2010 04:55 (UTC +04:00)
Bakı-APA. Bəhreyn kralı Həmad Bin İsa əl Xəlifənin qardaşı Şeyx Rəşid Bin İsa El Xəlifə Almaniyada vəfat edib.

Bəhreyn hökuməti tərəfindən verilən rəsmi açıqlamada Şeyx Rəşidin şənbə günü paytaxt Manamanın cənubunda yerləşən Riffa bölgəsində dəfn ediləcəyi bildirilir.

Bəhreyndə vəfat səbəbi ilə yeddi günlük yas elan edilib. Bayraqlar yarıya qədər aşağı salınıb.

Kral Həmadın üçüncü qardaşı olan Şeyx Rəşidin siyasi bir mövqeyinin olmadığı və at yarışı klubunun prezidenti olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR