Bank Of Baku

Türkiyə Silahlı Qüvvələri kürd dilinə ikinci rəsmi dövlət dili statusu verilməsini istəyənlərə sərt xəbərdarlıq edib

Türkiyə Silahlı Qüvvələri kürd dilinə ikinci rəsmi dövlət dili statusu verilməsini istəyənlərə sərt xəbərdarlıq edib
# 18 dekabr 2010 10:34 (UTC +04:00)
APA-nın məlumatına görə, Baş Qərargahın veb-saytında yerləşdirilmiş Silahlı Qüvvələrin rəsmi mövqeyində buna çalışanlara sərt xəbərdarlıq olunub.

Baş Qərargah ikinci dövlət dilini müzakirə edənlərə Türkiyə Cümhuriyyəti Konstitusiyasının 3-cü maddəsini xatırladıb. Həmin maddədə qeyd olunur: “Türkiyə dövləti, ölkəsi və milləti ilə bölünməz və bütündür. Dili Türkcədir”.

“Dil, mədəniyyət və ideya birliyi millət olmanın əsas amilləridir. Dil birliyi olmadığı halda, bunun nəticələrinin nələr olacağı tarixdəki bir çox acı nümunələriylə göz önündədir”, - deyə Baş Qərargah qeyd edib.

Bundan başqa, Baş Qərargah bəyan edib ki, son günlər dövlət dili ilə bağlı ictimaiyyət arasında aparılan müzakirələrin Türkiyə dövlətinin təməlini və quruluş fəlsəfəsini kökündən dəyişdirəcək bir nöqtəyə doğru sürətlə inkişaf etməsi narahatlıqla izlənilməkdədir: “Türkiyə Silahlı Qüvvələri dövlətin, türk millətinin müstəqilliyini və bütünlüyünü, ölkənin bölünməzliyini, respublikanı və demokratiyanın qorunması səlahiyyətləri vəzifəsi daxilində, xalq dövlət, unitar dövlət və dünyəvi dövlətin qorunmasında hər vaxt tərəf olub və olmaqda davam edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR