Bank Of Baku

Qar Avropada xaos yaradıb

Qar Avropada xaos yaradıb
# 18 dekabr 2010 22:32 (UTC +04:00)
Bakı-APA. Qeyri-adi soyuq hava şimali Avropanın bəzi hissələrində nəqliyyat xaosu yaradıb. APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, buz və qar səbəbindən regionun bir çox böyük aeroportlarında uçuşlar ləğv olunub.
Avtomobil yolları bağlanıb, qatat xidmətləri dayandırılıb. Bu həftə sonu daha çox qar yağacağı gözlənilir.
Britaniya hava yolları şirkəti Avropanın ən çox uçuşlar həyata keçirilən aeroportundan - Londondakı Heathrow hava limanından bütün uçuşları axşamadək təxirə salıb.
Heathrow operatorunun nümayəndəsi Andrey Teaçer bildirib ki, aeroportu açıq saxlamaq üçün ciddi səylər görülür: "Dünən gecə boyunca aeroportun uçuş-enmə zolaqlarının hər ikisini və taksi dayanacaqlarını buzdan təmizləmişik. Amma aeroportdan heç bir yerə uçuş olmayacaq.
Londonun ikinci ən böyük aeroportu Gatwick bu səhər açıq idi, amma qar yağdığı üçün bağlandı.
İngiltərənin şimal-qərbində qar maşın yollarını bağlayıb, yüzlərlə sürücü Mançester şəhəri yaxınlığında, yolda gecələməli olub.
Almaniyanın maşın yollarını da hərəkətsiz qalmış yük maşınları bağlayıb.
Qar yanacaq daşımalarını da gecikdirib və yanacaqdoldurma məntəqələri yanacaqsız qalıb.
Frankfurt aeroportu bir çox uçuşları ləğv edib.
Fransa, ölkənin qərb hissəsində güclü qar yağacağını bildirib və insanlara çox qar yağan ərazilərə mümkün dərəcədə səyahət etməməyi məsləhət görüb.
Qarlı-çovğunlu qışa öyrəşən Hollandiyada Amsterdam şəhəri iflic vəziyyətinə düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR