Bank Of Baku

ATƏT Belarusda keçirilmiş seçkiyə kəskin mənfi qiymət verib, Avropa Birliyi isə həbs olunanların buraxılmasını tələb edib

ATƏT Belarusda keçirilmiş seçkiyə kəskin mənfi qiymət verib, Avropa Birliyi isə həbs olunanların buraxılmasını tələb edib
# 20 dekabr 2010 14:02 (UTC +04:00)
Bakı – APA. “ATƏT Belarusda keçirilmiş prezident seçkiləri haqqında müsbət fikir söyləmək üçün heç bir əsas görmür”. APA-nın “RİA Novosti”yə istinadən yaydığı xəbərə görə, bu bəyanatı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Belarusda dekabrın 19-da keçirilmiş prezident seçkilərini müşahidə etmiş missiyasının rəhbəri Gert Arens verib. O bildirib ki, xüsusən məntəqələr bağlandıqdan sonra səslərin sayılması prosesi missiyanı çox ciddi məyus edib. Seçkiləri ATƏT-in 329 qısamüddətli müşahidəçisi izləyib.

Avropa Birliyinin beynəlxalq məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton isə Belarus hüquq-mühafizə orqanlarının müxalifət tərəfdarlarına, bəzi müxalifət liderlərinə qarşı sərt metodlardan istifadə etməsini pisləyib. O, Minskdə baş vermiş qarışıqlıq zamanı həbs olunan bütün şəxslərin buraxılmasını tələb edib. K. Eştonun mətbuat xidmətinin bəyanatında deyilir ki, o, seçkilərə yekun qiymət vermək üçün ATƏT-in hesabatını səbirsizliklə gözləyir.

Qeyd edək ki, Belarus Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenkonun 79,67% səs toplayaraq qalib gəldiyini açıqlayıb. Buna etiraz edən müxalifət tərəfdarları seçki gecəsi Minskdə icazəsiz kütləvi aksiya keçiriblər. Mitinqin dağıdılması zamanı müxalifət liderləri də daxil olmaqla yüzlərlə şəxs saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR