Bank Of Baku

Türkiyə baş naziri Ərdoğan uydurma “erməni soyqırımı” haqqında layihənin Konqresdə müzakirəsi ilə bağlı ABŞ prezidentinə məktub göndərib

Türkiyə baş naziri Ərdoğan uydurma “erməni soyqırımı” haqqında layihənin Konqresdə müzakirəsi ilə bağlı ABŞ prezidentinə məktub göndərib
# 21 dekabr 2010 07:09 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə Böyük Millət Məclisindəki çıxışında deyib ki, baş nazir məktubunda uydurma erməni iddiaları ilə bağlı kəskin etirazını bildirib, layihənin Nümayəndələr Palatasında qəbul olunacağı təqdirdə Türkiyə-ABŞ münasibətlərində ciddi problemlər yaranacağını qeyd edib. Ə. Davudoğlu ABŞ dövlət katibi Hillari Klintonla telefon danışığında da rəsmi Ankaranın narahatlığını kəskin şəkildə ifadə etdiyini də xatırladıb.

Türkiyə XİN başçısı uydurma “erməni soyqırımı” haqqında qətnamə layihəsinin Konqresin Nümayəndələr Palatasının gündəliyə salınması ehtimalının aradan qalxmadığını da qeyd edib.

Qeyd edək ki, 2011-ci ilin yanvar ayında yerini Respublikaçılar Partiyasından olan Con Beynerə verəcək ABŞ Konqresi Nümayəndələr Palatasının Demokrat Partiyadan olan sədri Nensi Pelosi uydurma “erməni soyqırımı” qətnaməsinin Palatanın rəyasət heyətində müzakirəyə çıxarılmasını istəyib.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Filip Krouli isə bəyan edib ki, Dövlət Departamenti qətnamənin qəbulunun qəti əleyhinədir və bunun qarşısını almağa çalışacaq.

Xatırladaq ki, layihə bu ilin martında ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR