Bank Of Baku

Avropa İttifaqı ölkələrində hava şəraiti ilə bağlı min təyyarənin uçuşu ləğv olunub

Avropa İttifaqı ölkələrində hava şəraiti ilə bağlı min təyyarənin uçuşu ləğv olunub
# 21 dekabr 2010 20:45 (UTC +04:00)
Bakı-APA. Avropa İttifaqı ölkələrində yağan güclü qar səbəbindən və uçuş zolağının buz bağladığına görə min təyyarə reysi ləğv olunub.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə Avropada uçuşlara nəzarət təşkilatı – Evrokontrol məlumat yayıb.
Ən acınacaqlı vəziyyət London və Frankfurt hava limanında yaranıb.
Bazar ertəsi Aİ ölkələrində 23 min uçuş baş tutub, ki bu da ötən bazar ertəsi həyata keçirilən uçuşlara nisbətən 3 min uçuş azdır. Avropanın nəqliyyat üzrə komissarı Siym Kallas Qərbi Avropa ölkələrini ekstremal hava şəraitinə əsaslı surətdə hazırlaşmasına çağırıb.
O, Şimalı Avropa hava limanlarının təcrübəsindən yaralanmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR