Bank Of Baku

ABŞ Şimali Koreya ilə danışıqların bərpa edilməsini mümkün hesab etmir

ABŞ Şimali Koreya ilə danışıqların bərpa edilməsini mümkün hesab etmir
# 21 dekabr 2010 23:49 (UTC +04:00)
Bakı-APA. ABŞ Şimali Koreya hökumətinin nüvə proqramının dayandırmasına dair real addımlar atmayınca bu ölkə ilə danışıqların bərpa edilməsini mümkün hesab etmir.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, Ağ Evin mətbuat katibi Robert Gibbs bildirib ki, Şimali Koreya özünün "aqressiv davranış" tərzini dəyişdirməlidir.
Onun sözlərinə görə, KXDR "yeni danışıqlara tamamilə hazır deyil".
Bu bəyanat Nyu-Meksika ştatının qubernatoru Bill Riçardsonın Şimali Koreyaya rəsmi səfərindən sonra verilib.
Riçardson bildirib ki, Şimali Koreya nüvə obyektlərinin nəzarət etmək üçün MAQATE müfəttişlərini Şimali Koreyaya geri qayıtmasına razılıq verib. Onun sözlərinə görə, KXDR-in bu jesti yeni danışıqlar üçün zəmin yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR