Bank Of Baku

Kot-d’İvuar rəhbərliyinə Avropa Birliyi ərazisinə daxil olmaq qadağan olunub

Kot-d’İvuar rəhbərliyinə Avropa Birliyi ərazisinə daxil olmaq qadağan olunub
# 23 dekabr 2010 01:23 (UTC +04:00)
Bakı-APA. Avropa Birliyinin Şurası Kot-d’İvuar prezidenti Loran Qbaqbo və onun ətrafından olan 18 nəfərin AB ölkələrinə girişini qadağan edib.

AB sanksiyaları həmçinin ivuarlı məmurların bank hesablarının dondurulmasını da nəzərdə tutur.

Dekabrın əvvəlində Kot-d’İvuarda prezident seçkilərinin ikinci turu keçirilib. MSK-nın məlumatına görə, seçkilərdə müxalifətin lideri Alassan Uattara qalib gəlib. Lakin ölkənin Konstitusiya şurası qələbəni prezident Loran Qbaqboya verib. Nəticədə həm Uattara, həm də Qbaqbo özlərini prezident elan edərək öz hökumətlərini elan ediblər.

Beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ, Fransa, BMT və Afrika İttifaqı Qbaqboya ultimatum verərək onu hakimiyyəti Uattaraya verməyə çağırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR