Bank Of Baku

Türkiyə prezidenti: “İran problemi diplomatik metodlarla həll olunmalıdır”

Türkiyə prezidenti: “İran problemi diplomatik metodlarla həll olunmalıdır”
# 23 dekabr 2010 16:56 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Abdulla Gül bu gün İstanbulda keçirdiyi mətbuat konfransında deyib.

Görüşün keçirilmə yeri deyil, əldə olunan nəticənin önəmli olduğunu vurğulayan A. Gül bu mənada İstanbul görüşündə ümidverici addımların atılacağına inandığını qeyd edib.

O, İran probleminin diplomatik vasitələrlə həll olunması üçün Türkiyənin aktiv səylər göstərdiyini bildirib: “Biz hesab edirik ki, İran problemi diplomatik metodlarla həll olunmalıdır”.

Qeyd edək ki, ABŞ və bəzi qərb dövlətləri İranın atom sülh proqramı adı altında nüvə silahı hazırladığını iddia edir. Rəsmi Tehran isə bu iddiaları rədd edərək, nüvə proqramının yalnız ölkənin enerji təminatının yaxşılaşdırmasına yönəldiyini bildirir.

Bununla əlaqədar BMT artıq İranın əleyhinə 4 qətnamə qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR