Bank Of Baku

Fil Dişi Sahili: BMT-nin Baş Assambleyası Alassan Uattaranın legitimliyini tanıyıb

Fil Dişi Sahili: BMT-nin Baş Assambleyası Alassan Uattaranın legitimliyini tanıyıb
# 24 dekabr 2010 04:28 (UTC +04:00)
Bakı-APA. BMT-nin Baş Assambleyası formal olaraq Fil Dişi Sahilinin seçilmiş prezidenti Alassan Uattaranın legitimliyini tanıyıb.
APA-nın RIA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Assambleya BMT-nin bu qərbi Afrika ölkəsində yeni daimi nümayəndəsinin səlahiyyətlərini təsdiq edən qərar qəbul edib.
Müxalifət lideri Alassan Uattara noyabrın 28-də keçirilən seçkilərdə qələbə qazanmış və öz məğlubiyyətini qəbul etməyən Laurent Gbagbo arasında yaşanan gərginlik ölkədə vətəndaş müharibəsi təhlükəsi yaratmışdı.
Ölkənin Mərkəzi seçki komissiyası müxalifət liderini seçkilərin qalibi elan etdiyinə baxmayaraq Konstitusiya məhkəməsi seçkilərin nəticələri ləğv edərək Laurent Gbagbo dəstəkləmişdi.
Afrika Birliyi Baş katibi və BMT Təhlükəsizlik Şurası seçkilərdə Uattara qələbə qazandığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR