Bank Of Baku

Rusiya və Bolqarıstan Belene atom elektrik stansiyasının inşasını dayandırılması barədə razılıq əldə edib

Rusiya və Bolqarıstan Belene atom elektrik stansiyasının inşasını dayandırılması barədə razılıq əldə edib
# 06 aprel 2011 01:11 (UTC +04:00)
Bakı-APA. Moskva və Sofiya Bolqarıstanın Belene şəhərində atom elektrik stansiyasının inşasını dayandırılması barədə razılıq əldə edib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, bunun məqsədi Yaponiya faciəsindən sonra təhlükəsizlik tədbirlərinin gücləndirilməsidir. Bolqarıstanın Dövlət Elektrik şirkəti ilə Rusiyanın Dövlət Atom Elektrik şirkəti Atomstroyeksport Belene layihəsindəki bütün işlərin 3 ay müddətinə dayandırılmasına dair razılıq imzalayıb. Yeni təchizat sifarişləri də təxirə salınıb. Tərəflər iyun ayının sonunadək radiasiya və nüvə təhlükəsizliyi ilə bağlı tədqiqat aparacaq. Rusiya və Bolqarıstan beynəlxalq nüvə təhlükəsizliyi qaydalarına riayət edəcəklərinə vəd verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR