Bank Of Baku

Avropa Şurası qadınlara və ailə içi zorakılığa qarşı yeni Konvensiya hazırlayıb

Avropa Şurası qadınlara və ailə içi zorakılığa qarşı yeni Konvensiya hazırlayıb
# 07 aprel 2011 15:59 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurasının Avropada və dünyada qadınlara və ailə içi zorakılığa qarşı Konvensiyası may ayında AŞ Nazirlər Komitəsinin İstanbulda keçiriləcək iclasında 47 üzv ölkənin imzasına açıq elan olacaq. APA-nın Avropa bürosunun xəbərinə görə, Avropa Şurasının qərar orqanı olan NK tərəfindən bu gün səhər qəbul edilən, dünyada ilk və yeganə olan bu Konvensiya üzv ölkələrin imza və ratifikasiyasından sonra qüvvəyə minəcək.

Qadınlara qarşı fiziki və cinsi zorakılıq, zorlama, zorla evləndirmə, qadın sünnəti və namus məsələlərindən irəli gələn cinayətlər kimi mövzularla əlaqədar müddəaları özündə ehtiva edən bu sənədin ən əhəmiyyətli tərəflərinə nəzarət etmək üçün yoxlama mexanizmi də nəzərdə tutulur. Avropa Şurasının Konvensiya çərçivəsində yaradılacaq monitorinq mexanizmi daxilində sənədə qoşulan dövlətlərə nizamlı yoxlama səfərləri reallaşdıraraq qadına qarşı və ailə içi zorakılıqla bağlı sənədin müddəalarından irəli gələn öhdəliklərin icrası haqqında hesabatlar hazırlanacaq. Konvensiyaya qoşulmuş dövlətlər Avropa Şurasının digər nəzarət orqanlarında olduğu kimi, bu hesabatlarda da əks olunan tövsiyələri yerinə yetirmək barədə öhdəlik götürmüş olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR