Bank Of Baku

Avropa Birliyi Kot-d’İvuara qarşı sanksiyaları yüngülləşdirib

Avropa Birliyi Kot-d’İvuara qarşı sanksiyaları yüngülləşdirib
# 09 aprel 2011 01:18 (UTC +04:00)
Bakı-APA. Avropa Birliyinin Şurası Kot-d’İvuarın legitim hakimiyyətini dəstəkləmək üçün bu ölkənin bir sıra şirkətlərinə qarşı mövcud məhdudiyyətləri qaldırmaq barədə qərar qəbul edib. Bu barədə AB Şurasının mətbuat xidməti məlumat yayıb.

Kot-d’İvuarın BMT tərəfindən tanınmış prezidenti Alassan Uattara Avropa Birliyindən ölkənin bir sıra təsərrüfat subyektlərinə qarşı «məhdudlaşdırıcı tədbirləri» aradan qaldırmağı xahiş edib. Bu tədbirlər seçkilərdə uduzmuş prezident Loran Qbaqbonun hakimiyyətdən getməyə imtina etməsinə cavab olaraq tətbiq edilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR