Bank Of Baku

Əhməd Davudoğlu: “Hesab edirik ki, Qafqaz xalqları bundan sonra da birgə yaşaya biləcəklər”

Əhməd Davudoğlu: “Hesab edirik ki, Qafqaz xalqları bundan sonra da birgə yaşaya biləcəklər”
# 12 aprel 2011 21:52 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, erməni deputat bununla bağlı AŞNK-nin bölgəyə özünün müşahidəçi missiyasını göndərib- göndərməyəcəyi ilə maraqlanıb.

Ə. Davudoğlu isə bu məsələnin, ümumiyyətlə, Nazirlər Komitəsində müzakirə edilmədiyini deyib. O bildirib ki, bu məsələ haqda konkret məlumatı olmadığı üçün onun üzərində dayanmaq istəməzdi: “Lakin Türkiyə xarici işlər qismində onu deyə bilirəm ki, istər Qafqaz, istər Balkan bölgəsində biz prioritet məsələ kimi ilk olaraq tolerantlıq siyasətini yürüdürük. Hesab edirik ki, hamı özünü belə aparmalı, bunu, həmçinin, Cənubi Qafqaz bölgəsində gərginlik yaradan tərəflər də ilk növbədə həyata keçirməlidirlər. Misal üçün, ilk növbədə yaxşı olar ki, Azərbaycanın işğal edilmiş ərazilərindən qaçqın və məcburi köçkün düşmüş insanlar öz torpaqlarına qaytarılsın. Bunsuz nə qədər düzümlülük, dözümsüzlükdən danışsaq da xeyri olmayacaq. İlk növbədə buna səbəb olan şərtləri aradan götürmək lazımdır. Amma hesab edirik ki, Qafqaz xalqları indiyədək bir-birinə qarşı hörmətlə yanaşaraq birgə yaşayıblar, bundan da sonra yaşaya biləcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR