Bank Of Baku

AŞPA Gürcüstanı əsas öhdəliklər üzrə irəliləyişlər etməyə çağırıb

AŞPA Gürcüstanı əsas öhdəliklər üzrə irəliləyişlər etməyə çağırıb
# 13 aprel 2011 18:10 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Bu gün AŞPA-nın plenar iclasında Gürcüstanın təşkilat qarşısında götürdüyü öhdəliklərlə bağlı Gürcüstan üzrə həmməruzəçilər Kastriot İslami və Maykl Aastrup Yensenin hesabatı ətrafında müzakirələr olub. Sonda AŞPA hesabatla bağlı Qətnamə qəbul edib. Ümumilikdə Assambleya iştirakçıları Gürcüstanın öhdəlikləri ilə bağlı ölkənin olduqca böyük irəliləyişlər etdiyini və 2008-ci ildən bəri ölkə üzrə qəbul edilmiş hesabata görə həllini tapmamış bir çox öhdəliklərini artıq yerinə yetirdiyini bildiriblər. Eyni zamanda Assambleya Gürcüstan üzrə monitorinq prosedurasını davam etdirməyi qərara alıb və əsas öhdəliklər üzrə ölkəni yeni irəliləyişlər etməyə çağırıb. Bundan başqa, bu gün qəbul edilmiş qətnamədə Gürcüstanda qarşıdan gələn prezident və parlament seçkilərinin bu ölkədəki demokratik sistemin daha da möhkəmlənməsi baxımından Gürcüstan hökuməti üçün növbəti bir sınaq olacağı qeyd edilib. Bu baxımdan AŞPA Gürcüstana tez bir zamanda tamamilə yeni bir seçki məcəlləsini qəbul etməyi tövsiyə edib.

Gürcüstanda son zamanlar həyata keçirilmiş məhkəmə hakimiyyətinə və Parlamentə daha çox səlahiyyətlər verilməsi istiqamətində ölkə Konstitusiyasına əlavə edilmiş müddəalar yüksək qiymətləndirilib. Media sahəsindəki irəliləyişlər də müsbət qiymətləndirilərək Gürcüstanın bu sahədə artıq region üçün bir örnək olduğu qeyd olunub. Lakin bu sahədə şəffaflıq və plüralizmin inkişaf etdirilməsi üçün daha çox əlavə səylərin vacibliyi vurğulanıb. Korrupsiya ilə mübarizədə də Gürcüstan hökumətinin qətiyyətli siyasəti AŞPA tərəfindən müsbət irəliləyiş kimi qeyd olunub. Eyni zamanda, qəbul edilən sənəddə 2008-ci ildə Gürcüstanla Rusiya müharibəsi arasında baş vermiş müharibənin nəticəsində ortaya çıxmış və hələ də həllini tapmamış insan hüquqları və humanitar problemlərini pisləyən Assambleya, ölkənin iki bölgəsinin işğalı nəticəsində insanların ölkə daxilində sərbəst şəkildə hərəkət edə bilməsi hüquqlarının hələ də həll olunmamış qaldığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR