Bank Of Baku

Yunan anarxistləri informasiya agentliyinin binasını ələ keçiriblər

Yunan anarxistləri informasiya agentliyinin binasını ələ keçiriblər
# 15 aprel 2011 23:58 (UTC +04:00)
Bakı-APA. Afinada anarxistlər informasiya agentliklərindən birinin ofisini ələ keçiriblər.

Otuza yaxın insan dövlət informasiya agentliyinin ofisini 1 saat əllərində saxlayıblar.

Anarxistlər 2010-cu ilin dekabrında həbs olunmuş 6 yoldaşlarının azad edilməsini tələb edən plakatı agentliyinin pəncərəsinə vurublar.

Onlar agentliyin redaktorlarından tələblərini və həbsdə olan anarxistlərin məktublarını xəbər lentində yerləşdirməyi tələb ediblər. Bu tələbləri yerinə yetirildikdən sonra anarxistlər çıxıb gediblər.

Polis hadisəyə müdaxilə etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR