Bank Of Baku

Türkiyədə fırtına 4 nəfərin ölümünə səbəb olub

Türkiyədə fırtına 4 nəfərin ölümünə səbəb olub
# 19 aprel 2012 01:51 (UTC +04:00)
Bakı-APA. Türkiyədə şiddətli yağış və fırtına səbəbindən 4 nəfər həlak olub. Konyada fırtına səbəblə baş verən yol qəzasında 2 nəfər ölüb, Konya və Kırıkkaledə isə 2 nəfər dağılan evin altında qalıblar. Ankara şosesində qum fırtınası səbəbilə yol görünmür. İzmir, Marmaris, Bodrum və Uşakda da həyat iflic olub. Karabükdə isə meşə yanğını başlayıb. Bütün Türkiyədə onlarla insan yaralanaraq xəstəxanaya çatdırılıblar. Çoxlu sayda balıqçı qayıqları batıb. Şiddətli yağış və fırtına davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR