Bank Of Baku

İsveçrə İrana qarşı yeni sanksiyalar tətbiq edib

İsveçrə İrana qarşı yeni sanksiyalar tətbiq edib
# 19 aprel 2012 08:40 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İsveçrə İran hökuməti ilə bağlılığı olan 11 şəxs və şirkətə qarşı yeni sanksiyalar tətbiq edib. APA-nın məlumatına görə, bu barədə İsveçrənin İqtisadiyyat Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, sanksiyaya məruz qalan şəxslər və şirkətlərin İsveçrədəki əmlakı dondurulub: “İsveçrə Avropa Birliyinin İrana qarşı sanksiyaları çərçivəsində belə bir addım atıb. Lakin bu qərar İran Mərkəzi Bankına şamil edilməyib. Çünki bu bank İran iqtisadiyyatı üçün çox önəmlidir. Odur ki, İsveçrə İranın Mərkəzi Bankını sanksiya siyahısına daxil etmək istəmir”.

Hələlik İsveçrə tərəfindən sanksiyaya məruz 11 şirkətin və şəxsin adı açıqlanmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR