Anders Breyvik Norveçin baş nazirinə sui-qəsd planlaşdırıbmış
19 aprel 2012 17:55 (UTC +04:00)
Bakı – APA. Osloda keçirilən məhkəmədə norveçli terrorçu Anders Breyvik bu ölkənin baş nazirinə və hökumətin digər üzvlərinə sui-qəsd planlaşdırdığını etiraf edib. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Breyvik tərtib etdiyi “satqınlar” siyahısında Norveçin xarici işlər naziri Yonas Qar Ster, ticarət və sənaye naziri Tron Yiske, mədəniyyət naziri Anniken Vitfeld də var. O yerli NRK teleşirkətinə, Amnesti İnternational təşkilatın Norveç şöbəsinə Kilsələrarası Şuraya və miqrantların hüquqlarını müdafiə edən daha 15 təşkilata qarşı terror aktları planlaşdırıb.
Xatırladaq ki, Breyvik 2011-ci il iyulun 22-də Norveçdə 2 terror aktı törədib. O, əvvəlcə Oslodakı hökumət məhəlləsində partlayış törədib, daha sonra Norveç İşçi Partiyasının Utoyu adasında təşkil etdiyi gənclik düşərgəsinə yollanıb. A. Breyvik düşərgədə 69 nəfəri qətlə yetirib. İki terror aktında ümumilikdə 77 nəfər həlak olub.

Avropa
Almaniyanın müdafiə naziri kanslerliyə namizəd olmaq istəyib
01:46
22 may 2024
Polşada Rusiya və Belarusla bağlı xüsusi komissiya yaradılıb
17:57
21 may 2024
Aİ və Moldova arasında təhlükəsizlik sahəsində əməkdaşlıq sənədi imzalanıb
16:14
21 may 2024
“Gürcü Arzusu” ABŞ-nin sanksiya təhdidlərinə cavab verib
16:08
21 may 2024