Bank Of Baku

Avropa Şurasının baş katibi Ukrayna hökumətini Yuliya Timoşenkonun döyülməsi xəbərlərini araşdırmaq üçün şərait yaratmağa çağırıb

Avropa Şurasının baş katibi Ukrayna hökumətini Yuliya Timoşenkonun döyülməsi xəbərlərini araşdırmaq üçün şərait yaratmağa çağırıb
# 26 aprel 2012 14:56 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Bu gün Strasburqda AŞPA sessiyası çərçivəsində Avropa Şurasının Baş katibi Torbyörn Yaqland Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun vəziyyəti ilə bağlı brifinq keçirib. APA-nın Avropa bürosunun məlumatına görə, baş katib Yuliya Timoşenkoya qarşı fiziki zorakılığın tətbiq olunması ehtimalları ilə bağlı çox narahat olduğunu bildirərək, Ukrayna rəsmlərini xarici diplomatlara bu hadisəni araşdıra bilmək, xanım Timoşenkoya baş çəkmək üçün icazə verməyə çağırıb. Baş katib bu məsələni yaxından izlədiyini deyərək, bu sahədə tam aydın şəkildə təhqiqatın aparılmasının vacibliyini vurğulayıb. Bundan başqa, Torbyörn Yaqland bu məsələnin Avropa İnsan Hüquqları Məhkəməsində nəzarətdə olduğunu və Avropa Məhkəməsinin yaxın günlərdə bu işlə bağlı öz mövqeyini açıqlayacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR