Gürcüstanda milli azlıqların təhsil problemi ilə bağlı layihə başlayıb
26 aprel 2012 19:28 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Aprelin 26-da Gürcüstanda milli azlıqlar üçün nəzərdə tutulan “Təhsildən məhrum uşaqlar üçün yeni imkanlar” layihəsinin təqdimatı keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, layihə təhlükə altında yaşayan, həmçinin milli azlıqların məskunlaşdıqları ərazilərdə kasıb və kimsəsiz uşaqların təhsilə cəlb edilməsi, onların cəmiyyətə inteqrasiyasını təşkil etməklə bağlıdır.
Layihə çərçivəsində əsasən müəllimlər, eyni zamanda uşaqlar və valideynlərin iştirakı ilə tədbirlər keçiriləcək, eyni zamanda riyazi, mülki təhsillə bağlı maariflənmə, informasiya-ünsiyyət və həyat bacarıqları fənnlərindən bəhs edən nəşrlər və təlim-proqramlar, həmçinin müəllimlər üçün “Tənqidi və yaradıcı düçüncənin inkişafı metodları” metodik dərslik vəsaiti hazırlanacaq.
Tədris prosesləri plana uyğun olaraq Tiflis, Marneul və Ambrolauridə keçiriləcək.
Layihə Avropa İttifaqının dəstəyi ilə iki il müddətinə nəzərdə tutulub, dəyəri 110 min avrodur.

Avropa
KİV: G7 Rusiyanın dondurulmuş aktivlərindən istifadəni müzakirə edəcək
10:58
22 may 2024
Norveç Fələstin dövlətini rəsmən tanıyıb
10:47
22 may 2024
Rusiya XİN Fransanın Ukraynaya qoşun göndərmək niyyətinə cavab verib
10:15
22 may 2024
İtaliyanın müdafiə naziri bu il ikinci dəfə xəstəxanaya yerləşdirilib
03:54
22 may 2024