Bank Of Baku

Çexiyanın Olomouc və Azərbaycanın Gəncə şəhərləri arasında memorandum imzalanıb

Çexiyanın Olomouc və Azərbaycanın Gəncə şəhərləri arasında memorandum imzalanıb
# 27 aprel 2012 21:39 (UTC +04:00)
Bakı-APA. Çexiyanın qədim şəhəri və vilayət paytaxtı sayılan Olomouc ilə Azərbaycanın Gəncə şəhərləri arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu barədə APA-ya Azər-Çex Cəmiyyətindən məlumat verilib. Gəncə Şəhər İcra başçısı Elmar Vəliyev və Olomouc qubernatoru Martin Tesarik arasında təntənəli imzalanma mərasimi Olomouc şəhərində həyata keçirilib. Tədbirdə Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə, Palaçki Universitetinin rektoru, Olomouc Vilayətinin rəhbərliyi, hər iki ölkədən nümayəndələr və KİV iştirak etmişlər. Azər-Çex Cəmiyyətinin sədri Elşən Nəzərov hər iki şəhərin rəhbərliyinə DVD hədiyyə edərək qeyd edib ki, bu əməkdaşlıq haqda təşəbbüs ilk dəfə 2007-ci ildə təşkilatın 1-ci müavini Ələkbər İlyasov tərəfindən irəli sürülüb.
Tədbirin sonunda rəsmi qonaqlarla və diaspora nümayəndələri ilə xatirə fotosu çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR