Bank Of Baku

PKK-nın Türkiyədəki ən böyük sığınacağı ələ keçirilib

PKK-nın Türkiyədəki ən böyük sığınacağı ələ keçirilib
# 28 aprel 2012 14:55 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə təhlükəsizlik qüvvələrinin Tunceli vilayətinin Kurudərə mövqeyində PKK-çıları zərərsizləşdirmək üçün səhər saatlarında həyata keçirdiyi əməliyyat zamanı terror təşkilatının bölgədə “Ana qərargah” olaraq istifadə etdiyi ən böyük sığınacaq tutulub. Məlumata görə, sığınacaq ələ keçirilən zaman PKK terrorçularının oranı 7-8 saat əvvəl tərk etdikləri məlum olub.

Bu sığınacağın Türkiyədə bu günə qədər ələ keçirilən ən böyük PKK sığınacağı olduğu və təşkilatın Dersim nümayəndəsi, kod adı “Seyithan” olan terrorçunun da məhz burada gizləndiyi müəyyən edilib. Oranı tərk edərək qaçan terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyat davam etdirilir.

Tunceli Valiliyinin keçirdiyi mətbuat konfransında Kurudərə mövqeyində ələ keçirilən sığınacaqların ümumi sayının 4 olduğunu da açıqlayıb. Tutulan ən böyük sığınacaqda isə toplantı salonu, təhsil sahəsi, terrorçuların əlaqə mərkəzinin olduğu qeyd olunub.
Sığınacaqda çoxsaylı texniki vasitələr, partlayıcı maddələr də ələ keçirilib.
.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR