Bank Of Baku

Şimalı İrlandiyada polis iki terror aktının qarşısını alıb

Şimalı İrlandiyada polis iki terror aktının qarşısını alıb
# 28 aprel 2012 18:34 (UTC +04:00)
Bakı-APA. Şimalı İrlandiyada polis iki partlayışın qarşısını alıb.
APA-nın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, Nyuri şəhərində polis içərisində 300 kq partlayıcı olan avtomobili aşkar edib. Daha bir partlayıcı qurğu olan maşın Belfastda tapılıb. Hər iki bomba zərərləşdirilib. Polisin ehtimallarına görə terror aktlarını İrlandiya Respublika Ordusundan ayrılan radikal qruplar təşkil edib. Katoliklərdən ibarət olan bu qruplar Şimalı İrlandiyanın Böyük Britaniyanın tərkibində qalmasının tərəfdarları olan protestantlara qarşı savaşın davam etməsini istəyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR