Bank Of Baku

Macarıstan parlamenti yeni prezident seçib

Macarıstan parlamenti yeni prezident seçib
# 02 may 2012 13:03 (UTC +04:00)
Bakı – APA. Yanoş Ader Macarıstan parlamenti tərəfindən ölkə prezidenti vəzifəsinə seçilib. APA-nın xəbərinə görə, 386 nəfərlik parlamentdə Y. Aderin lehinə 262, əleyhinə 40 deputat səs verib. Müxalifət partiyalarının üzvləri səsverməyə qatılmayıb.

Qeyd edək ki, əvvəlki prezident Pal Şmitt diktorluq dissertasiyasının plagiat olduğu ortaya çıxdıqdan sonra elmi dərəcədən məhrum edilib və aprelin 2-də prezident vəzifəsindən istefa verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR