Bank Of Baku

Niderland hökuməti futbol üzrə Avropa çempionatını boykot etmək niyyətindədir

Niderland hökuməti futbol üzrə Avropa çempionatını boykot etmək niyyətindədir
# 02 may 2012 13:07 (UTC +04:00)
APA-nın məlumatına görə, Niderlandın xarici işlər naziri Uri Rozental bildirib ki, Timoşenko və digər məhbusların məhkəməsi və həbsdə saxlanma şəraiti beynəlxalq standartlara uyğun olmalıdır. Əgər boykot barədə qərar qəbul edilsə, bu, Xarkovda Danimarka, Almaniya və Portuqaliya ilə çempionatın qrup mərhələsinin oyunlarını keçirəcək Hollandiya yığmasına şamil edilməyəcək. Nazir həmçinin Yuliya Timoşenkonun cinayət təqibinin AŞPA və ATƏT-də müzakirə olunmasının təklif edib.

Xatırladaq ki, Çexiya prezidenti Vatslav Klaus Yuliya Timoşenkoya həbsxanada işgəncə verilməsi faktına etiraz olaraq mayın 11-12-də Yaltada keçiriləcək Mərkəzi Avropa ölkələri dövlət başçılarının sammitinə qatılmaqdan imtina edib. Almaniya mətbuatı Yuliya Timoşenko azadlığa çıxmayacağı təqdirdə Avropa çempionatını izləmək üçün Ukraynaya getməyəcəyini yazıb. Eyni bəyanatla Avropa Komissiyasının sədri Joze Manuel Barrozu da çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR