Bank Of Baku

NATO baş katibin müavini: “Rusiya və NATO-nun raket hücumundan müdafiə sahəsində əməkdaşlıq etməməsi səhv olardı” - FOTO

NATO baş katibin müavini: “Rusiya və NATO-nun raket hücumundan müdafiə sahəsində əməkdaşlıq etməməsi səhv olardı” - <font color=red>FOTO</font>
# 03 may 2012 12:20 (UTC +04:00)
Bu fikirləri Moskvada keçirilən “Yeni təhlükəsizlik məkanının yaradılmasında raket hücumundan müdafiə faktoru” adlı beynəlxalq konfransda çıxış edən NATO baş katibinin müavini Aleksandr Verşbou deyib.

“İstərdim ki, Rusiya və NATO RHM sahəsində tam partnyorlara çevrilsin.
Bizim əməkdaşlığımız mövcud olan strateji stabilliyimizin sistemini möhkəmləndirir və ümumi məqsədlərimizə çatmağımıza inamı artırır. RHM sahəsində əməkdaşlıq siyasi əsas tələb edir. Xoşbəxtlikdən biz sıfırdan başlamırıq, bizim RHM sahəsində əməkdaşlığın yaxşı fundamenti var”.

A. Verbşou NATO-nun təkliflərindən birinin iki RHM mərkəzi yaratmaq olduğunu söyləyib: “Bu mərkəzlərdə Rusiya və NATO zabitləri birgə işləyəcəklər”.

Qeyd edək ki, iki gün davam edəcək “Yeni təhlükəsizlik məkanının yaradılmasında raket hücumundan müdafiə faktoru” adlı beynəlxalq konfrans Rusiya Müdafiə Nazirliyi tərəfindən təşkil olunub. Konfransda 200-dən çox hərbçi, 50-dən çox ölkədən ekspertlər iştirak edirlər.
Konfransa Şimali Atlantika Alyansına daxil olan 28 ölkənin, Çin, Cənubi Koreya, Yaponiya və MDB ölkələrinin nümayəndələri də qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR