Bank Of Baku

Ermənistanda iqtidar partiyasının mitinqində partlayış baş verib, 144 nəfər yaralanıb - FOTO

Ermənistanda iqtidar partiyasının mitinqində partlayış baş verib, 144 nəfər yaralanıb - <font color=red>FOTO</font>
# 04 may 2012 20:35 (UTC +04:00)
APA-nın Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin rəis müavini Nikolay Qriqoryan xəbər verib.

Məlumata görə, mitinqdə içərisi heliumla doldurulmuş şarların partlayıb və nəticədə 144 nəfər xəsarət alıb.

Yaşanan panikaya və yaralıların çoxluğuna baxmayaraq, S. Sarkisyan mitinqdə çıxışını davam etdirib. Onun daha sonra yaralılara baş çəkmək üşün xəstəxanaya da getdiyi bildirilir.

N.Qriqoryan şarlarının yanmasının səbəblərinin aydınlaşdırıldığını bildirib.

Mitinq İrəvanın Respublika meydanında keçirilib. Mitinqçilərin əllərində apardıqları yüzlərlə şar aksiyadan sonra təşkil edilən konsert zamanı qəflətən partlayıb.

Partlayışa yandırılmış siqaretin səbəb olduğu güman edilir.

Xatırladaq ki, mayın 6-da Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu gün keçiriliən mitinq iqtidardakı Respublika partiyasının son seçkiqabağı aksiyası olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR