Bank Of Baku

Serbiyada prezident, parlament və bələdiyyə seçkiləri keçirilib

Serbiyada prezident, parlament və bələdiyyə seçkiləri keçirilib
# 07 may 2012 12:33 (UTC +04:00)
Bakı-APA. Bazar günü Serbiyada keçirilmiş prezident seçkilərinin ilk turunda sabiq prezident Boris Tadiç və Serb Tərəqqi Partiyasının lideri Tomislav Nikoliç rəqiblərindən çox səs toplayaraq ikinci turda mübarizə aparmaq şansı qazanıblar. Seçkilərdə səsvermə hüququna malik vətəndaşların 60 faizi iştirak edib. Borsi Tadiç 24,81, Tomislav Nikoliç isə 24,71 fazi səs toplayıblar. Sabiq prezident və baş nazir Voislav Koştunitsa 7,34 faiz səslə yalnız 4-cü olub. 12 namizədin mübarizə apardığı seçkilərdə Nikolişin ilk turda qalib gələcəyi proqnozlaşdırılsa da, təxminlər özünü doğrultmayıb.

Dünən ölkədə paralel olaraq parlament və bələdiyyə seçkiləri də keçirilib.
Serb Tərəqqi Partiyasının da daxil olduğu “Serbiyanın irəli aparaq” koalisiyası 24,7, Boris Tadiçin lideri olduğu Demokrat Partiyası isə 23,2 faiz səs toplayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR