Avropa İttifaqı (Aİ), Rusiya və Ukrayna arasında nazirlər səviyyəsində gələcək qaz razılaşması ilə bağlı üçtərəfli məsləhətləşmələr keçiriləcək.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, dekabrın 19-da Berlində 2019-cu ildən sonra Ukrayna ərazisi vasitəsilə Avropaya uzunmüddətli qaz nəqlinə dair Rusiya və Ukrayna ilə siyasi səviyyədə üçtərəfli məsləhətləşmələrin növbəti raundu keçiriləcək.
Gələcək tranzit müqaviləsinin parametrləri - müqavilənin müddəti, qazın həcmi və tariflər müzakirə olunacaq.