Avropa İttifaqı (Aİ) ölkələrindən yalnız Polşa və İsveçdə COVID-19 pik həddi keçməyib.
APA-nın "euronews"a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının Xəstəliklərin Qarşısının Alınması və İdarəetmə Mərkəzi (ECDC) özünün ən son risk qiymətləndirmə hesabatında bildirib.
“Yoluxmanın ilk dalğası Polşa və İsveç istisna olmaqla, digər bütün ölkələrdə öz pik həddini keçib”, - deyə qeyd olunub.
Bildirib ki, Aİ-yə üzv ölkələr, İslandiya, Lixtenşteyn, Norveç və Britaniyada tətbiq olunan karantin tədbirləri aprelin 9-dan sonra virusun 14 günlük insidensiyasında 80 faiz azalmaya səbəb olub.
Lakin Polşa və İsveçdə 14 günlük insidensiyanın hələ də ən yüksək səviyyədə olduğu müşahidə olunub.