Bank Of Baku

Alman polisi Berlində 6 nəfərə xəsarət yetirən şəxsin hərəkətlərində siyasi səbəb görməyib

Alman polisi Berlində 6 nəfərə xəsarət yetirən şəxsin hərəkətlərində siyasi səbəb görməyib
# 26 iyul 2020 23:00 (UTC +04:00)

Alman polisi bu gün Berlində avtomobillə 6 nəfərə xəsarət yetirən sürücünün hərəkətlərində heç bir siyasi və ya dini motiv aşkar etməyib. 

APA TASS-a istinadən xəbər verir ki, sürücünün alkoqol testinin nəticəsi 0.7 promilli olub. 

24 yaşlı sürücü hadisə yerində saxlanılıb. 

İstintaqın ilkin araşdırmasına görə, Çarlottenburq bölgəsində “Zoologischer Garten” stansiyasının yaxınlığında baş verən hadisədə sürücü idarəetməni itirərək səkiyə çıxıb. 

Hadisə ilə bağlı internetdə yayılan fotoda avtomobilin Estoniyaya məxsus dövlət nömrə nişanı olduğu göstərilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR