Bank Of Baku

Almaniya pandemiya ilə bağlı səyahət xəbərdarlığının müddətini uzadıb

Almaniya pandemiya ilə bağlı səyahət xəbərdarlığının müddətini uzadıb
# 10 iyun 2020 16:58 (UTC +04:00)

Almaniya koronavirus pandemiyası ilə bağlı səyahət xəbərdarlığının müddətini avqustun sonuna qədər uzadıb.

APA-nın "Associated Press"ə istinadən verdiyi xəbərə görə, səyahət xəbərdarlığı Avropadan kənar 160-dan çox ölkəyə aid edilir. 

Almaniya hökuməti martın 17-dən etibarən Avropa İttifaqına (Aİ) üzv olmayan ölkələrlə bağlı səyahət xəbərdarlığı edib. Ötən həftə Almaniya Aİ-yə üzv 27 ölkə və İsveçrə, Lixtenşteyn, Norveç, İslandiya və Böyük Britaniya ilə bağlı səyahət xəbərdarlığını ləğv edib.

Hökumət həmçinin Almaniyaya gələn Aİ vətəndaşları üçün sərhəd yoxlamalarının aradan qaldırıldığını bəyan edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR