Bu gün səfər saatlarında Berlində naməlum şəxsin idarə etdiyi avtomobili bir qrup piyadanın üzərinə sürüb, 7 nəfər xəsarət alıb.
APA-nın “Berliner Zeitung” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə "Tsoo" stansiyası yaxınlığında baş verib.
Hadisə barədə ətraflı məlumat verilmir. Sürücünün idarəetməni itirməsi nəticəsində qəzanın baş verdiyi də istisna olunmur.